Vladimir Kiçko britaniyalı boksçuya uduzaraq dünya çempionu titulunu əldən verib
- 29.11.2015, 14:31,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Britaniyalı boksçu Tayson Füri ukraynalı Bladimir Kliçkonu məğlub edərək İBF, İBO, WBO və WBA versiyaları üzrə dünya çempionu tituluna sahib çıxıb.
APA-nın məlumatına görə, döyüş noyabrın 29-da gecə Düsseldorfda keçirilib.
Britaniyalı rəqibinə xal hesabı ilə qalib gəlib. 12 raundun yekununda hakimlər üstünlüyü T. Füriyə veriblər. Hakimlərin rəyi belə olub: 115-112, 115-112, 116-111 T. Fürinin xeyrinə.
39 yaşlı Kliçko ilə 27 yaşlı Füri arasında görüş oktyabrın 24-ə planlaşdırılsa da, ukraynalının zədələnməsi səbəbindən döyüşün vaxtı dəyişdirilmişdi.
V. Kliçko T. Fürinin üstün olduğunu qeyd edərək, revanş matçına ümid etdiyini bildirib.
Ukraynalı döyüşçünün hesabında 68 döyüşdə 64 qələbə (53-ü nokautla) var. Füri isə indiyədək keçirdiyi 25 qarşılaşmanın hamısında qalib gəlib (18-i nokautla).