Sumqayıtda iş adamının evindən külli miqdarda pul oğurlanıb

Sumqayıtda iş adamının evindən külli miqdarda pul oğurlanıb.


Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu il aprelin 21-də, Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü İlkin Quliyevin evindən 21 min manat, 100 min rus rublu və 5000 manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Araşdırmalar zamanı məlum olub ki, oğru evə açar seçmə yolu ilə daxil olub.



Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, 1978-ci il təvəllüdlü Mayis Akif oğlu Mirzəyev iyunun 6-da tutularaq istintaqa təhvil verilib.



Polisdən həmçinin bildirilib ki, zərərçəkən İ. Quliyev biznesmendir.



Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri