Şəxsiyyət vəsiqələrinin verilməsi üçün yeni dövlət rüsumları sabahdan qüvvəyə minir
- 30.11.2015, 19:21,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabahdan şəxsiyyət vəsiqələrinin verilməsi üçün tətbiq olunan rüsum yenilənir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il dekabrın 1-dən qüvvəyə minəcək "Dövlət rüsumu haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödəniləcək.