Natavan: “Bizim barışıq çoxlarına sərf etmədi...”

Natavan: “Bizim barışıq çoxlarına sərf etmədi...” Müğənni Natavan Həbibi və prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişinin qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, 3 ildir ki, küsülü olan məşhurlar bəzi məqamlara aydınlıq gətiriblər.

Müğənni Natavan Həbibi bu barışığa sevinənlərin olmadığını bildirib:

“Mən hiss etdim ki, barışıq ətrafımızda olan bəzi şəxlərə sərf etmədi. Hər şey çox yaxşıdı. Fikir verdim ki, rahat günümə o qədər də sevinən olmadı. Üzdə bizi təbrik edənlər oldu. İndi məlum olur ki, bu məsələdən istifadə edənlər lap çox imiş”.

Prodüser Tolik müğənninin sözlərinə qoşulub. Bu barışığa çoxlarının sevinmədiyini açıqlayıb:

“Buradan Natavanın anasını salamlayıram. İllərdir Natavanın evinə gedib-gəlmişəm. Hərdən deyirəm Natavanın anasının üçün bişirdiyi blinçiklər burnumdan gələcək. Barışıq burada olmadı. Müalicə üçün Yessentukiyə getdim. Natavanla orada barışdım. Biz həmişə sosial şəbəkədə mübahisə etmişik.

Bizim barışıq çoxlarına sərf etmədi. Bu Aygün Kazımova deyil. Mən Aygünü çox sevirəm. Yolda duran ağbircəklər mənə deyirdi ki, biz qalmaqallardan çox bezmişik. Aygünlə Natavanın barışmasını,ikisinində bir konsertini təşkil etmək istəyirəm”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri