Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 5 illik minimumu yeniləyib
- 02.12.2015, 19:16,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sonuncu dəfə valyuta ehtiyatları 2010-cu ilin noyabr ayında bu səviyyədə olub
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2015-ci il dekabr ayının 1-nə 6 245,6 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8 748 mln. dollar və ya 58,33% azdır.
AMB-dən APA-ya verilən məlumata görə, oktyabr ayı ilə müqayisədə noyabrda valyuta ehtiyatlarında 589 mln. manat və ya 8,62% azalma baş verib.
Ümumiyyətlə, ilin əvvəlindən Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 7 512,7 mln. dollar və ya 54,6% azalıb. Qeyd edək ki, 2014-cü ilin dekabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 13 758,3 mln. dollar olub.
Onu da qeyd edək ki, sonuncu dəfə Mərkəzi Bankın valyuta ehtiyatları 29.11.2010-cu il tarixdə bu səviyyədə olub. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 5 illik minimumu yeniləyib.