АBŞ-da silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb

ABŞ-ın San-Bernardino şəhərində baş verən silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli polis idarəsinin rəisi Cerrod Burquan bildirib.

Onun sözlərinə görə, hücumda şübhəli bilinən iki nəfər (1 kişi və 1 qadın) polislə atışma zamanı öldürülüb: “Onlar avtomat silah və tapançalarla silahlanıb, kamuflyaj geyimində idilər. Daha bir şəxs hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb. Hadisəni törədənlərdən birinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Son məlumatlara əsasən, insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb”.

Hadisənin terror aktı olub-olmaması barədə məlumat verilmir. Silahlı insidentin baş verdiyi mərkəzdə müxtəlif kateqoriyalardan olan əlillərə, əqli və fiziki qüsurlu insanlara yardım göstərilir. Qeyd olunur ki, insident baş verən gün mərkəzdə bayram tədbiri keçirilirmiş.
Şərhlər
Dünya bölməsinin xəbərləri