Şimal-qərb bölgəsinə ilk qar yağıb

Şimal-qərb bölgəsinə ilk qar yağıb.

APA-nın məlumatına görə, bu gün saat 11 radələrindən başlayaraq respublikanın şimal-qərb bölgəsinə, Böyük Qafqaz sıra dağlarının cənub ətəyini əhatə edən Şəki, Qax və Zaqatala rayonlarının ərazilərinə ilk qar yağır. Havanın hərarəti yüksək dağlıq ərazilərdə mənfi 5-10 dərəcəyə, düzənlik ərazilərdə 0 dərəcə, bəzi ərazilərdə isə müsbət 2-1 dərəcəyə qədər aşağı düşüb. Bölgədə ən çox qar Qax rayonunda müşahidə olunur. Hazırda rayonun İlisu kəndində qarın qalınlığı təqribən 10, Sarıbaş kəndində isə 20 sm-dir. Zaqatala rayonunun dağlıq ərazilərində qarın qalınlığı 5-7 sm, düzənliklərdə isə 2-3 sm təşkil edir.

Qarın yağması bölgədə təbii qazın və elektrik enerjisinin verilməsində problem yaratmayıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri