Murad Dadaşov yerli televiziyadan gileylıəndi

Murad Dadaşov yerli televiziyadan gileylıəndi “Bir neçə dünya formatlı yeni layihələr gətirəcəm”.

Əməkdar artist Murad Dadaşov bu ay yayımlanmalı olan “Maşın” realiti şoudan danışıb.

Live.Az publika.az istinadən xəbər verir ki, şoumen sözügedən layihənin əvəzinə yeni layihələr etmək niyyətində olduğunu bildirib:

“Konkret cavab verə bilmirəm. Mənə elə gəlir ki, Azərbaycan tamaşaçısı bu şoudan yorula bilər. Düzdür, telefonuma çoxsaylı zənglər və mesajlar gəlir. Əksəriyyət bu şounu yenidən efirdə görmək istəyir. Amma zənnimcə, biz artıq yeni layihə təqdim etməliyik”.

Teleaparıcı yeni layihələr üçün artıq danışıqlar apardığını da açıqlayıb:

“Son bir ayı Bakıda olmamışam. Xarici ölkələrdən bir neçə dünya formatlı layihələri gətirəcəm. Bunlar realiti-şou deyil, teleoyunlar olacaq”.

Uğurlu layihələr həyata keçirən təşkilatçı yerli telekanalların dünya standartlarına cavab verməyən sistemindən də gileylənib:

“Bizim televiziya qanunları dünya standartlarından fərqlidir. Bütün dünyada telekanallar pul ödəyib layihəni alır və onu tamaşaçıya satır. Bizdə isə layihəni təşkil edən şəxslər sponsor tapır, daha sonra sponsorlar həm təşkilatçı, həm də telekanala pul ödəyir. Bu, analoqu olmayan sistemdir”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri