Tahir Salahovun bu əsəri 269 minə satıldı - FOTO
- 04.12.2015, 17:41,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dekabrın 1-də Londonda Sotheby's hərrac evində Rusiya incəsənətinin üç əsrini əhatə edən əsərlərin satışı həyata keçirilib.
Hərracda SSRİ xalq rəssamı, Rusiyanın rəssamlıq akademiyasının vitse-prezidenti Tahir Salahovun “Aydan” əsəri 269 min funt sterlinqə satılıb. Təqdim edilən variant xüsusi olaraq Tahir Salahovun 1980-ci ildə Tokioda “Gekkosso” qalereyasında şəxsi sərgisi üçün çəkilib.
Portretin 1967-ci ildə çəkilən digər variantı Dövlət Tretyakov qalereyasında saxlanılır. Sotheby's rəsmilərinin sözlərinə görə, “Aydan” əsəri Sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb.
Oxu.Az, buro247.az