18 minlik libas geyinən Sima

Türkiyənin "İşte benim stilim" yarışmasına qatılan azərbaycanlı model Sima Şərafəttinova geyimi ilə hər kəsi təəccübləndirib.

Sima üst geyiminin qiymətinin 18 min lirə (təxminən 7 min manat) olduğunu bildirib.

İştirakçının bu libası yarışmaçılar və münsiflər arasında səs-küy yaradıb.

S.Şərafəttinova onu stilist Anar Ağakişiyevin makiyaj etdiyini bildiib: "Bakıdan stilist dostum gəlib. Dünyaca məşhur model İrina Şeyki makiyaj edən stilist mənim üçün Türkiyəyə gəldi".



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri