OPEC sutkalıq neft hasilatının kvotasını 1,5 milyon barel artırıb
- 04.12.2015, 22:25,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
OPEC-in iclasında sutkalıq neft hasilatının 1,5 milyon barel artırılması haqqında qərar qəbul edilib.
APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bununla da sutkalıq kvota 31,5 milyon barelə çatdırılıb.
Artırılan limitə İndoneziyanın neft hasilatı daxil edilməyib.
OPEC-in bu qərarından sonra Londonun LSE birjasında neftin bir barelinin qiyməti 1,5 dollar aşağı düşüb. Belə ki, “Brent” markalı neftin bareli 43 dollara satılıb.