"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 25-dən artıq şəxs xilas edilib.
Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib. Xilas edilənlər arasında xəsarət alan yoxdur.
Xilasetmə işləri davam edir.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.
***
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə işləri davam etdirilir.
APA-nın əldə etdiyi məlumata görə, xilas edilənlərin sayı 15-ə çatıb.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.
***
Hazırda "Günəşli" yatağının yanğın baş vermiş 10-cu blokunda xilasetmə işləri aparılır.
APA-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın canlı qüvvəsi və texnikası yanğın baş vermiş platformaya enib.
Hadisə baş vermiş platformada xilasetmə əməliyyatları başlayıb və artıq 7 nəfər xilas olunub.