FHN videogörüntüləri yaydı [Video]

Mətbuat konfransında xilasetmə görüntüləri yayımlanıb.

Live.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Videonun keyfiyyətinin aşağı olması onun birbaşa proyektdən çəkilməsi ilə bağlıdır. Daha keyfiyyətli videonun mətbuata ötürüləcəyi gözlənilir.

-----------



Hal-hazırda Dövlət Neft Şirkətində "Günəşli" yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilir.

Live.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar nazirinin birinci müavini Etibar Mirzəyev deyib ki, dekabrın 4-ü və 5-də xilasetmə istiqamətində əməliyyatlar aparılıb:

"Həmin platforma sahildən 110 km uzaqda yerləşir. Dekabrın 4-də bizim "Vixr" gəmimizim özülə yaxınlaşması mümkün olmadı. Küləyin surəti 144 km/saat idi. Biz qərara gəldik ki, xilasetməni səhər davam etdirəcək. Amma dekabrın 5-də yanğının istiliyi və külək vertolyotların həmin platformaya düşməsinə imkan vermədi. Buna görə helilopterlər qonşu platformalara düşdülər. Gəmi ilə həmin platformaya yaxınlaşıb altdan deşdik. Sonra həmin qayıqdakı şəxsləri xilas etdik. Onların sonrakı talelərini də özünüz bilirsiniz. Biz xilasetmə zamanı qeydə alınan videogörüntüləri də sizə göstərəcəyik".


Şərhlər
Hadisə bölməsinin xəbərləri