Milli Parkda dəniz sahilinə gül dəstələri düzülüb, dənizə qərənfillər atılıb

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərin xatirəsini yad etmək üçün insanlar “Dənizə bir qərənfil ataq” aksiyasına başlayıblar.

APA-nın məlumatına görə, itkin düşənləri hörmət və ehtiramla yad edən vətəndaşlar Milli Parkda dəniz kənarına qərənfil dəstələri düzüblər. Dənizə al qırmızı güllər atılıb.

Aksiya gün ərzində davam edəcək.
Şərhlər