Bakı Şəhər Halqası Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir

Bakı Şəhər Halqası Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Qurumdan Trend-ə verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Dekabr ayının 7-dən etibarən Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanıb.

Bundan əlavə, Bül-bül prospekti qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.

Xaqani küçəsinin Rəşid Behbudov və Azadlıq prospekti ilə kəsişmələrində dekabr ayının 2-dən başlayan təmir işləri artıq başa çatıb.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri