UEFA “Qarabağ”ın şansını dəyərləndirib

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin son turu ərəfəsində 1/16 final şanslarını dəyərləndirib. APA-nın məlumatına görə, dəyərləndirməni bəzi komandalar üzrə aparan həmkarlarımız “Qarabağ”ı da diqqətdən kənarda qoymayıb.



Hazırda 3 xalla qrup sonuncusu olmasına baxmayaraq, nəzəri şanslara malik Ağdam təmsilçisinin J qrupundan necə çıxa biləcəyini xatırladıb: “Qrupda sonuncu olan “Qarabağ”ın cəmi 1 qələbəsi var. Lakin onların da 1/16 final şansı qalıb. Bunun üçün onlar “Anderelxt”i məğlub etməli və “Monako”nun “Tottenhem”ə qalib gəlməməsini arzulamalıdı”.



“Qarabağ” üçün cüzi şans” kimi dəyərləndirilən hissədə Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun qısa fikirləri də yer alıb: “Mərhələ keçmək şansımız qalıb. Lakin düzünü desəm, bu çox kiçik şansdı. Bunun gerçəkləşməsi çox çətin olacaq. Biz bu səviyyədə kifayət qədər təcrübəyə də malik deyilik”.



Qeyd edək ki, “Anderlext” – “Qarabağ” və “Tottenhem” – “Monako” qarşılaşmaları dekabrın 10-da keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri