Bərdədə aşkarlanan 20 ton keyfiyyətsiz ət zərərsizləşdirilib
- 08.12.2015, 13:42,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdə rayonunda aşkarlanan 20 ton keyfiyyətsiz ət zərərsizləşdirilib.
APA-nın xəbərinə görə, əməliyyatı Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə həyata keçiriblər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları mənşəyi bilinməyən 20 ton əti Bərdə şəhər Səməd Vurğun küçəsində yaşayan Seyfəddin Əsgərovun həyətindəki anbarda aşkarlayıblar.