Türk biznesmeni Bakıda amansızlıqla öldürən şəxs istintaqda
- 07.06.2013, 20:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Yasamal rayonu ərazisində şirkət rəhbərini amansızlıqla qətlə yetirən şəxs tutulub. Rayon Prokurorluğundan verilən məlumata görə, “Göyçay Kərpicsan” şirkətinin Türkiyə vətəndaşı olan direktoru Alim Məhəmmədini qətlə yetirməkdə şübhəli bilinən 55 yaşlı Bakı sakini Rasim Məmmədov artıq istintaqa təhvil verilib. Qətlin motivi barədə açıqlama verilmir.
Qeyd edək ki, A.Məhəmmədi iki gün əvvəl Azərbaycan prospekti, ev 23, mənzil 20 ünvanında yerləşən ofisində 15-ə yaxın bıçaq zərbəsi ilə öldürülüb.
Beş ildən artıqdır Azərbaycanda fəaliyyət göstərən şirkətin əsas fəaliyyəti Göyçay rayonunun Cəyirli kəndindədir. Təxminən bir həftə əvvəl Bakıya gələn A.Məhəmmədinin dünən ofisdə qan içərisində meyiti tapılıb.