Jurnalist adından sui-istifadə edilməsi ilə bağlı cəzalar ağırlaşdırılır

Azərbaycanda jurnalist adından sui-istifadə edilməsi halları ilə bağlı cəzalar ağırlaşdırılır.



APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Yeni Məcəllənin 387-ci maddəsində kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunacaq.



Maddənin qüvvədə olan variantına görə isə fiziki şəxslər 15 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 35 manatdan 50 manatadək miqdarda cərimə edilir.



Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Şərhlər
Sosial bölməsinin xəbərləri