Hacı Nuranın əməliyyatdan sonrakı vəziyyəti (FOTO)

Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə əməliyyatdan sonrakı şəklini paylaşıb.

ANS-in məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən teleaparıcı “Facebook” səhifəsində dostlarına üz tutaraq status yazıb:

“Səbr adlı bir ağacın meyvəsini yeyə-yeyə bir budaqdan o birinə keçdim. Sizin gözəl dualarınızdan güc alaraq daha iki budağa çıxmalıyam. Lakin aşağıda Vətən, yuxarıda həyat eşqi ilə bu günümə, Allaha şükür deyir, hamıya dəstəyinizə görə və məni bir gün tək qoymadığınıza görə hər kəsə ayrı-ayrılıqda dərin minnətdarlığımı bildirirəm. Əllərinizi sıxıb hamınıza məni gözləyin deyirəm. Həyat nə qədər şirinsə, sizinlə görüşmək daha şirindir!”

Hacı Nuran "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində həlak olmuş insanlara da baş sağlığı verib:

“Allah təala bir daha “Günəşli” neft yatağında həyatlarını itirən neftçilərimizə rəhmət eləsin” yazaraq aparıcı baş sağlığı verib.

Hacı Nuranın əməliyyatdan sonrakı vəziyyəti (FOTO)
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri