Gələn ildən Azərbaycanda spirtli içkilərin nağd satışı qadağan edilir

Gələn ildən Azərbaycanda spirtli içkilərin nağd satışı qadağan edilir Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində spirtli içkilərin nağd qaydada satışının, eləcə də tütün məhsullarının topdan satışının qadağan edilməsini nəzərdə tutan dəyişikliklər edilməsi haqqında qanunu təsdiq edib.


Dəyişikliklərə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimə edilir.

Tütün mallarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli alma 1000 manatdan 2000 manatdək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər külli miqdarda törədildikdə iki ilədək islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu zaman “xeyli miqdar” deyildikdə 50 manatdan 1000 manatadək olan məbləğ, “külli miqdar”da dedikdə isə 1000 manatdan yuxarı olan məbləğ başa düşülür.

Bununla belə, dəyişikliklər siqaretlərin kiçik sayda pərakəndə satışına imkan verir, yəni yalnız şəxsi istifadə üçün. Əgər siqaretlər növbəti satış məqsədilə əldə edilirsə, onların qiyməti yalnız bank və ya ödəniş kartları vasitəsilə ödənilməlidir. Əks halda 100 manat həcmində cərimə tətbiq ediləcək.

Bu dəyişikliklər 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri