Azərbaycan-Lüksemburq komandaları Bakıda heç-heçə oynadı
- 08.06.2013, 01:47,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan yığması DÇ-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Millimizin bu dəfəki rəqibi Lüksemburq olub. Birinci hissədə millimizin bütün səylərinə baxmayaraq, hesab açılmayıb. İkinci hissənin 71-ci dəqiqəsində isə nəhayət hesab açılıb. Ruslan Abışov adını tabloya yazdırıb.
Lakin sevincimiz uzun sürməyib. Cəmi 9 dəqiqə sonra rəqib hesabı bərabərləşdirib. Lüksemburqun bərabərlik qolunu Stefan Bensi vurub. Bu qoldan 5 dəqiqə sonra millimiz 10 nəfərlə qalıb. Hakim Branimir Subaşiçə qırmızı vərəqə göstərib. Matç elə 1:1 hesabı ilə başa çatıb.
_____________
20:51
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün saat 21:00-da, "Bakcell Arena"da Azərbaycan və Lüksemburq milli komandaları qarşılaşacaq. live.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, oyunu idarə edəcək hakimlər məlum olub:
Baş hakim: Mihaly Fabian
Baş hakimin köməkçiləri: İstvan Norbert Albert, Peter Berettian
Dördüncü hakim: Sandor Ando-Szabo
(Hakimlər briqadası Macarıstandandır)
Hakim-inspektor: Sokol Jareci (Albaniya)
Komissar: Tugomir Frajman (Sloveniya)