Tunay Əliyeva: "İstəyirəm, elə bir rola girim ki..."
- 10.12.2015, 13:03,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ifa etdiyim rollarda mütləq özümdən nələrsə olur.
Bu sözləri aparıcı Tunay Əliyeva aktrisalıq fəaliyyəti ilə bağlı deyib: "Bildiyiniz kimi, mən "Ultionis" və "Əzizim" adlı iki filmdə baş rolu ifa etmişəm. "Qaynana" serialında isə baş rollardan birini canlandırmışam. Hər iki filmdə tamamilə fərqli rollar ifa etsəm də, dostlarım mənə irad tuturlar. Deyirlər ki, filmlərdə canlandırdığın obrazlar özünə bənzəyir. Açığı, bu, mənim üçün çox acı bir söz oldu. Çünki heç bir aktrisa istəməz ki, canlandırdığı rol ona bənzəsin. İndi istəyirəm, elə bir rola girim ki, heç kəs məni tanıya bilməsin".
Axar.az