Azərbaycana külli miqdarda narkotikin gətirilməsinin qarşısı alınıb
- 11.12.2015, 10:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığının qarşısının alınması istiqamətində fəaliyyətlərini davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən APA-ya bildirilib ki, əldə olunmuş əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb. Dekabrın 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasına gətirilməsi üçün dövlət sərhədi yaxınlığında gizlədilmiş 2 ədəd bağlamada 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək və 30 ədəd “Metadon” adlı həb aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.