Bərzani: Türk hərbçilərinin İraqda olması problemi şişirdilib
- 11.12.2015, 10:25,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İraqın Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani dekabrın 10-da Türkiyəyə səfəri zamanı türk hərbçilərinin İraqda mövcudluğu probleminin həddindən artıq şişirdildiyini bildirib.
“Türk hərbçilərinin Mosul yaxınlığında rotasiyası yanlış qəbul edilib, problem həddindən artıq şişirdilib. Türkiyə hərbçiləri ərəb könüllülərinə təlim keçiblər. Türkiyənin yüksək vəzifəli məmurlarından ibarət nümayəndə heyəti məsələni müzakirə etmək üçün Bağdada yola düşüb. Biz heç bir halda suverenliyimizin pozulmasına razılaşmayacağıq. Lakin, biz İŞİD-lə mübarizə aparırıq və bizim qonşularımızın yardımına ehtiyacımız var. Bu iki məsələni qarışdırmaq lazım deyil. Yaxın zamanda bu məsələ həllini tapacaq”, deyə Bərzani Türkiyənin müdafiə naziri İsmət Yılmazla keçirdiyi görüşdən sonra bildirib.
O əlavə edib ki, Türkiyə və İraqın Kürd Muxtariyyəti regional problemləri həll etmək üçün biri-birilərinə lazımdırlar.