Nazir müavini: “İstismar dövrü başa çatan məktəblərdə müəyyən təhlükələr var”

“Etiraf etmək lazımdır ki, Azərbaycanda bəzi məktəblər hələ də lazımi səviyyədə deyil”.



APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.



Məktəblərin əksəriyyətinin sovet dövründə tikildiyini deyən nazir müavini, onların bir qisminin istismar dövrünün başa çatdığını açıqlayıb: “O məktəblərdə müəyyən təhlükələr var. Orda bərkitmə işlər aparılmalı, yenidən qurulmalıdır. Qeyd etməliyəm ki, son illərdə bu istiqamətdə dövlət tərəfindən böyük işlər görülüb. On il ərzində Azərbaycanda 3 mindən çox yeni məktəb tikilib və bu proses davam edir. Amma bu gün deyə bilmərik ki, bütün problemləri həll etmişik. Biz gələcəkdə də şagirdlərin sağlamlığını qorumaq üçün çox böyük işlər həyata keçirməliyik”.
Şərhlər
Sosial bölməsinin xəbərləri