Azərbaycanda benzinə tələbat pik həddə çatdı [Video]

Azərbaycanda benzinə tələbat pik həddə çatdı [Video] Azərbaycanda avtomobillərin sayının artması nəticəsində son 10 ildə benzinə olan tələbat 3 dəfə artıb. Dövlət Neft Şirkətindən verilən məlumata görə, təkcə bu ilin ilk 4 ayında benzin istehlakı ötən ilin eyni dövrünə nisbətən 14% artıq olub. Belə artım təkcə ötən illə müqayisədə deyil, əvvəlki illərdə də qeydə alınıb. Ötən ildə avtomobil benzininin istehlakı 1,380 mln. tonu keçib. Benzinə tələbatın kəskin artması nəticəsində ölkənin neft emalı qurğuları benzinə olan tələbatı çətinliklə ödəyir. Apardığımız sorğu zamanı sürücülər benzinə olan tələbatın artmasını tıxacla əlaqələndirdilər.


Mütəxəssislər isə hesab edirlər ki, benzinə tələbatın artması təkcə tıxacla əlaqəli deyil, eyni zamanda mövsumi amillərdə burada xüsusi rol oynayır. Avtomobillərin sayının da günü gündən artması, orta hesabla hər il ölkəyə 80 min maşının idxalı da yaranan problemin əsas səbəblərindən sayılır.


Neft Şirkətindən isə bildirirlər ki, neft emalı məhsulları sahəsində daxili tələbatı ödəmək baxımından əsas gərginlik ancaq benzin istehsalındadır və bu sahədəki bütün qurğular demək olar ki, son həddə işləyir.




Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri