MTRŞ nitq qüsurlu aparıcıların siyahısı

Milli Televiziya və Radio Şurası (MTRŞ) və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri açıqlanıb.

Milli Televiziya və Radio Şurasından verilən məlumata görə 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçıları proqramlarının monitorinqlərinin nəticələri əsasında telekanallarda çalışan bəzi aparıcıların nitqində pozuntular qeydə alınıb.

Nitqində qüsur qeydə alınan aparıcılar ATV, “Xəzər”, “Space”, Lider”, ANS telekanlını təmsil edir. Bunlar aşağıdakılardır:
ATV-nin xəbər proqramının aparıcıları Ceyhun Səfər, Gülnar Muxtarqızı, hava proqramının aparıcısı Kəmalə Piriyeva, Məryəm Əlisoy, “ATV səhər” proqramının aparıcısı Turan İbrahimov, “10-lar” verilişinin aparıcısı Afaq Gəncəli, “ATV maqazin” verilişinin aparıcısı Nərgiz Vahabqızı, “Nanəli” verilişinin aparıcısı Nanə Ağamalıyeva, “Xeyrə qarşı” verilişinin aparıcısı İlqar Mikayıloğlu, “Öz aramızda” verilişinin aparıcısı Zaur Baxşəliyev, “Hər axşam” verilişinin aparıcısı Azər Axşam, “V element” verilişinin aparıcısı Kamilə Babayeva.

“Xəzər” TV-nin xəbərlər proqramının aparıcıları Nəcəf Həsənov, Günel Qədimova, Aqşin Kamal, “Hər şey daxil” əyləncəli proqramını aparıcıları Sevil, Sevinc bacıları, “Ay Zaur” verilişinin aparıcısı Zaur Kamal, “Səyyah” verilişinin aparıcısı Səbuhi Səyyahr.

“Space” xəbər aparıcıları Elvin Basqallı, Fərqanə Səfər, “Yumor məktəbi” verilişinin aparıcısı Tünzalə Əliyeva, “Görüş yeri” verilişinin aparıcıları Elçin Əlibəyli, Tahirə Məmmədqızı, “Sənətsevər” verilişinin aparıcısı Zəhra Rüstəm-Osmanova.

“Lider”in xəbərlər informasiya proqramının aparıcıları Şəbnəm Hümbətova, Mehman Mehdiyev, Günel Gözəlova, Aysel Fərziyeva, Sahil İsgəndərov. “Həyat tərzi” verilişinin aparıcısı Lamiyə Ələkbərqızı, “Solo” verilişinin aparıcısı Murad Arif, “Ay ev yiyəsi” verilişinin aparıcısı Lalə Əlimuxtarova.

ANS telekanalının “Xəbərçi” informasiya proqramının aparıcıları Rita Ömərova, Natiq Nailoğlu, Natəvan Babayeva, Çinarə Vaqif, Xanım Yadigarlı, Xatirə Məmmədova, İlkin Kərimov, Ləman Əliəşrəfqızı, Əfsanə Mehdiyeva, digər diqqət çəkən aparıcılardan Xoşqədəm Hidayətqızı (“Sən tək deyilsən”) , Elgiz Əkbər (“Günəbaxan”), Ülvira Qarayeva (“Beş barmaq”), DJ Aynur (“Bura Azərbaycandır”), Xanım Eynullayeva (“Şoubiz”).
İTV-nin “Carçı” xəbərlər proqramının aparıcıları Pərviz Məsməliyev, Günay Namidar, Nigar Sabirqızı, Ramiz İdrisoğlu, Füruzə Qurbanlı, “Sağlam yaşamaq” verilişinin aparıcısı Xədicə Sənanqızı, “Yeni gün” verilişinin aparıcısı Saleh Bağırov.
Region TV-nin “Region xəbər” informasiya proqramının aparıcısı Elnarə İbrahimova, “Bu gün” verilişinin aparıcıları Səlminə Ələkbərli, Vüsalə Camal, Günay Yelmarqızı.

Qeyri-xəbər proqramlarından “Lider” TV-nin “Həyat tərzi” verilişinin aparıcısı Lamiyyə Ələkbərqızı, “Ay ev yiyəsi”nin aparıcısı Lalə Əlimuxtarova, “Solo”nun aparıcısı Murad Arif, “Tezdən oyan” ın aparıcıları, Kəmalə, Həmid, “Mətbəx TV”nin aparıcısı Kəmalə Nazirqızının nitqində qüsurlar aşkarlanıb.

MTRŞ qeyd edir ki, ədəbi dil normaları dilin bütün səviyyələrində – istər fonoloji, istər leksik, istərsə də qrammatik səviyyədə pozulur. Monitorinq zamanı təhlilə cəlb olunan və ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarının göstəricisidir.
Şərhlər
Sosial bölməsinin xəbərləri

Şou-biznes bölməsinin xəbərləri