Milli Məclisin deputatı "Qalatasaray"dan danışdı
- 10.04.2013, 17:14,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dünən “Qalatasaray” sübut etdi ki, türk futbolu var və yaşayır”. Bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkili Aqil Abbas söyləyib. A. Abbas bildirib ki, ötən gün keçirilən oyuna “Real Madrid” əsas heyətlə çıxmasına baxmayaraq “Qalatasaray”ı məğlub edə bilmədi: “Onlar dünən ispan futboluna göstərdilər ki, biz sizdən güclüyük. “Qalatasaray” çox gözəl oyun nümayiş etdirdi, sadəcə şanssızlıq oldu”.
Millət vəkili onu da əlavə edib ki, dünənki oyunda hakim də haqsızlıq edib: “Bütün bunlara baxmayaraq “Qalatasaray” bu qalibiyyətlə həm türk, həm də azərbaycanlı azarkeşlərini sevindirdi”.