Brent neftinin qiyməti 2008-ci ildən bəri ilk dəfə 38 dollardan aşağı düşüb
- 12.12.2015, 10:43,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,14 dollar azalaraq 35,62 dollar təşkil edib.
APA-nin məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,80 dollar azalaraq 37,93 dollar olub.
Qeyd edək ki, 2008-ci ilin dekabrından etibarən ilk dəfədir ki, Brent neftinin qiyməti 38 dollardan aşağı düşüb.