Rusiyada psixonevroloji dispanserdə yanğında ölənlərin hamısının cəsədi tapılıb, ölü sayı 23-ə çatıb
- 13.12.2015, 12:27,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Voronej vilayətindəki psixonevroloji dispanserdə baş verən yanğında ölənlərin hamısının cəsədi tapılıb. APA-nın RİA Novosti agentliyinə istinadın verdiyi məlumata görə, bununla da, ölənlərin sayı 23-ə çatıb.
***
Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. APA-nın məlumatına görə, bu barədə “TASS”a Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib.
“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, deyə qurumun mətbuat mərkəzindən bildirilib.
Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir. Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir.
Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: “Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.
Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi.
İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq olub.
İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.
*****
Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 9-a çatıb. APA-nın məlumatına görə, bu barədə “TASS”-a hadisə yerində yaradılan operativ qərargahdan bildirilib.
“Hadisə yerində uçqunun altından daha iki nəfərin yanmış meyiti tapılıb. Beləliklə, yanğın qurbanlarının ümumi sayı 9-a çatıb”, deyə məlumatda bildirilir.
Məlumata görə, hadisə nəticəsində daha 12 nəfər itkin düşmüş hesab edilir.
Bundan əvvəl yanğın nəticəsində 7 nəfərin öldüyü bildirilmişdi.
İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq olub.
****
Rusiyanın Voronej vilayətində psixonevroloji internatda baş vermiş güclü yanğın nəticəsində 7 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib.
“Ölənlərin sayı yeddi nəfərə çatıb, 22 nəfər xəstəxanaya yerləşdirilib”, deyə qurumdan bildirilib.
Məlumata görə, hazırda 3 nəfər reanimasiyaya yerləşdirilib, 17 nəfər itkin düşmüş hesab edilir. Binadan ümumilikdə 55 nəfər təxliyə olunub.
Yanğın hazırda lokallaşdırılıb.
İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.