Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkə əsasən, qrupda birinci olan komandalar qrup ikinciləri ilə qarşılaşacaq.

Püşkün nəticələri:

"Gent" (Belçika) - "Volfsburq" (Almaniya)
"Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya)
PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)
"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)
PSV (Hollandiya) - "Atletiko" (Madrid, İspaniya)
"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)
"Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 16-17 və 23-24 fevral, cavab görüşləri isə 8-9 və 15-16 mart tarixlərində keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri