Avropa Liqasının 1/16 finalında rəqiblər müəyyənləşdi

Avropa Liqasının 1/16 finalında rəqiblər müəyyənləşdiBu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkatmada Türkiyəni "Qalatasaray" və "Fənərbağça" klubları təmsil edib.

Püşkün nəticələri:

"Valensiya" (İspaniya) - "Rapid" (Avstriya)
"Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə)
"Borussiya" (Dortmund, Almaniya) - "Portu" (Portuqaliya)
"Fənərbağça" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)
"Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan)
"Midtyulland" (Danimarka) - "Mançester Yunayted" (İngiltərə)
"Auqsburq" (Almaniya) - "Liverpul" (İngiltərə)
"Sparta" (Çexiya) - “Krasnodar” (Rusiya)
"Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya)
"Sion" (İsveçrə) - "Braqa" (Portuqaliya)
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Şalke" (Almaniya)
"Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)
"Sevilya" (İspaniya) - "Molde" (Norveç)
"Sportinq" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
"Vilyareal" (İspaniya) - "Napoli" (İtaliya)
"Sent-Etyen" (Fransa) - "Bazel" (İsveçrə)

Qeyd edək ki, Avropa Liqasında 1/16 finalın ilk oyunları fevralın 18-də, cavab görüşləri isə 25-də keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri