Aşaraq yoldan 150 metr kənara düşdü

Xaçmazda dəhşətli yol qəzası baş verib. Trend xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 44-cü km-də qeydə alınıb. Məlumata görə, 32 yaşlı Xudat şəhər sakini Ramil Qurbanovun idarə etdiyi 90 CL 238 qeydiyyat nişanlı "Wolksvagen" markalı avtomobil Xudatdan Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb və magistraldan 150 metr kənara düşüb. Qəza zamanı sürücü Ramil Qurbanov hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı sürücü avtomobildə tək olub. Onun cəsədi Xaçmaz rayon morqunda müayinə edildikdən sonra aidiyyatı üzrə təhvil verilib. İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalara başlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri