XİN: Moqerininin səfəri Azərbaycan-Aİ münasibətlərinin inkişafına töhfə verəcək

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Tomas Mayr-Hartinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın beynəlxalq və regional təşkilatlarla əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verdiyini bildirib və bu kimi səfərlərin bir sıra məsələlərin, problem və perspektivlərin əhatəli müzakirəsi və qarşılıqlı anlaşma baxımından vacib olduğunu vurğulayıb.

Nazir Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerininin gələn ilin əvvəlində Azərbaycana planlaşdırılan səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sonrakı inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bir sıra aspektləri haqqında geniş fikir mübadiləsi aparıldı.
Şərhlər
Siyasət bölməsinin xəbərləri