Roman Qriroqçuk: "İstefa məsələsinə şərhim yoxdur"
- 17.12.2015, 12:04,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"İstefa məsələsinə şərhim yoxdur". Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, bunu Premyer Liqanın XVII turunun "Zirə" - "Qəbələ" oyunundan (1:0) sonra şimal təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk deyib.
“Qəbələ”nin baş məşqçisi oyundan öncə Sergey Zenyovla danışdığını bildirib: "Zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd Zenyovu zədədən qorumaq idi. Mən futbolçulara təşəkkür edirəm, oyunu isə qarşıdakı günlərdə təhlil edəcəyik".
R.Qriqorçuk əlavə edib ki, ilk hissədə bəzi oyunçular məsuliyyəti öz üzəirlərinə götürə bilmədilər: "İkinci hissədə isə belə hal yaşanmadı".
“Zirə”nin baş məşqçisi Adil Şükürov isə çempionatın lider komandalarından birinə qarşı oynadıqlarını deyib: "Qəbələ" yarışın güclü iştirakçısıdır. “Qəbələ”nin oyunlarını izləmişdik. Düzdür, rəqibimiz son oyunlarda xallar itirib, bütün bunlara baxmayaraq, “Qəbələ”nin gücü göz önündədir. Futbolçularımız oyun ərzində verilən tapşırıqları yerinə yetirdilər və qələbə qazandıq. “Qəbələ” oyunboyu hücum etməyi sevir, biz isə ikinci hissədə cinahları işə saldıq. Bizim 30 nəfərdən ibarət futbolçu heyətimiz var, daima dəyişikliklər edirik. Odur ki, hələ yeni futbolçu barədə düşünmürük. Amma istənilən komandaya daha güclü oynaması üçün daha güclü oyunçular lazımdır".