Avakov Saakaşvilini məhkəməyə verib

Ukraynanın daxili işlər naziri Arsen Avakov ünvanına ittihamlar səsləndirdiyi üçün Odessa vilayətinin qubernatoru Mixael Saakaşvilini məhkəməyə verib.



APA-nın xəbərinə görə, bu barədə o, “1+1” telekanalının canlı efirində bildirib.



“Mən cənab Saakaşvilini məhkəməyə vermişəm. Bir insanın oğru olduğunu deyərkən bunun arxasında durmaq lazımdır. Bildiyim qədər, cənab Yatsenyuk da bunu etməyə hazırlaşır”, - deyə Avakov qeyd edib.



Qeyd edək ki, Milli İslahat Şurasının iclasında ikili arasında insident baş verib. M. Saakaşvili A. Avakovu korrupsiyaya bulaşmaqda ittiham edib. Avakov isə onu qastrolçu adlandıraraq Ukraynanı tərk etməyə çağırıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri