Ceyms Uorlik: Azərbaycan və Ermənistan prezidentləri 2016-cı ildə danışıqları davam etdirəcəklər
- 19.12.2015, 22:07,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan və Ermənistan prezidentləri 2016-cı ildə danışıqları davam etdirəcəklər.
APA-nın məlumatına görə, bu fikri ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Tvitter” səhifəsində paylaşıb.
“Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüş danışıqların və nizamlanma işinin 2016-cı ildə də davam etdirilməsi ümidinin ifadə edilməsi ilə yekunlaşıb”, deyə Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Berndə baş tutan görüşünün yekunlarına dair bildirib.