Azərbaycanda 47 yaşlı kişi özünü çaya ataraq intihar edib
- 08.06.2013, 15:06,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tovuz rayon sakini intihar edib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 7-də Tovuz rayonunun Ağdam kəndi ərazisində baş verib. Rayonun Yuxarı Öysüzlü kənd sakini, 47 yaşlı Hümbət Qurban oğlu Məmmədov özünü Qazqulu çayına ataraq intihar edib. Onun meyiti ərazidə əkinçiliklə məşğul olan şəxslər tərəfindən aşkar edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.