Keçmiş MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyev təcridxanada özünü asıb
- 20.12.2015, 19:41,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyev özünü öldürüb.
APA-nın məlumatına görə, İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.
Hazırda hadisə yerində müayinə aparılır. Ədliyyə Nazirliyi Penitensiar Xidməti faktla bağlı məlumat yayacaq.
İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə APA-ya açıqlamasında hadisə barədə mətbuatdan xəbər tutduğunu bildirib. Vəkil hazırda hadisənin baş verdiyi BİT-də olduğunu deyib.
Qeyd edək ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunub.
Hadisə barədə ilk xəbəri “Qafqazinfo” yayıb.