Qazaxstan təngəsi: Qonşu valyutanın dəhşətli iflası (FOTO)

Qazaxıstanın milli valyutası təngənin məzənnəsi tarixi üzrə ən aşağı qiymətə enib.

ANS-in məlumatına görə, Qazaxıstan fond birjasında bazar ertəsi 1 ABŞ dolları 322,47 təngəyə satılıb ki, bu da 11 dekabrla müqayisədə dolların 10,55 təngə bahalaşması deməkdir.

Sonuncu dəfə təngənin məzənnəsinin bu qədər aşağı qiymətə düşməsi 9 noyabrda qeydə alınıb. O zaman 1 ABŞ dolları 312,65 təngəyə bərabər idi.

Qazaxıstan bu ilin 20 avqustundan üzən məzənnə sisteminə keçib. Keçən ilin fevral ayında isə Qazaxıstan milli valyutası 20%-lik devalyasiyaya məruz qalıb.

Ölkənin Milli Bankı Qazaxıstan təngəsinin məzənnəsini bir dollar 185 təngə civarında saxlayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin üzən məzənnə rejiminə keçməsinə səbəb kimi Qazaxıstan biznesini göstərib.

Bu gün Rusiyanın milli valyutası, rublun məzənnəsində də dəyişikliklər var. Bu ölkədə 1 ABŞ dolları bahalaşaraq 70 rubl olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri