Azərbaycandan İrana yeni təklif

Azərbaycandan İrana yeni təklif Azərbaycan İran tərəfinə yüklərin Qara dənizə nəqli üçün "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizindən istifadə etməyi təklif edib.



Trend-in məlumatına görə, rəsmi Tehrana İran yüklərinin Azərbaycan və Gürcüsran ərazisi ilə Rusiyaya, eləcə də Qərb istiqamətində Qara dənizə nəqli üçün "Şimal-Cənub" dəmir yolu nəqliyyat dəhlizindən və nəqliyyat infrastrukturundan istifadə etməyi təklif edib.



Qeyd edək ki, Dövlət Komissiyasının 10-cu iclası ötən gün işinə başlayıb. Komissiyanın Azərbaycan tərəfindən rəhbəri Şahin Mustafayev, İran tərəfindən isə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezidir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri