Ekspert: Azərbaycanda inşaat böhranı başlayır
- 22.12.2015, 13:58,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda növbəti devalvasiya ölkədə inşaat böhranını qaçınılmaz etdi.
Bu barədə Fineko MBA Consulting Group-un baş direktoru Nüsrət İbrahimov bildirib. Birinci fevral devalvasiyasından sonra alqı-satqı dayansa da, inşaat müəyyən dərəcədə davam edirdi.
“Bugünkü devalvasiya inşaat böhranını qaçınılmaz etdi, belə ki, birincisi idxal edilən inşaat materialları 50% bahalaşacaq, eləcə də Azərbaycanın Vergi Məcəlləsində yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə nəzərdə tutulan vergi rüsumu artacaq”, - İbrahimov deyib.
Onun sözlərinə görə, devalvasiyanın sazişlərin sayına təsirindən danışmağa dəyməz, belə ki, əmlak bazarında alqı-satqı hələ birinci devalvasiyadan sonra demək olar ki, dayandırılıb.
O zamandan bəri vətəndaşlar xaricdə, əsasən də Türkiyədə əmlak almağa başlayıblar.