İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutmadı

İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutmadı Azərbaycan və Ermənistan Dağlıq Qarabağ danışıqlarının növbəti raundu üçün razılığa gələ bilmədilər. ANS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ölkələrdən birinin nümayəndə heyətlərindəki diplomatik mənbə bildirib ki, iyunun 12-də Avstriyanın Zalsburq şəhərində prezident İlham Əliyev və Serj Sarkisyanın planlaşdırılan görüşü baş tutmayacaq. Diplomatik mənbənin proqnozlarına görə, indi bu haqda yayın sonu-payızın əvvəli nəsə demək mümkün olar.

Qeyd edək ki, bir müddət əvvəl erməni mətbuatı Azərbaycan dövlət başçısı İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Zalsburqda Dağlıq Qarabağa dair danışıqların aparılması üçün görüşəcəklərini yazmışdı.
Şərhlər
Siyasət bölməsinin xəbərləri