AZAL aviabiletlərin qiymətlərini aşağı salmaq imkanlarını araşdırır
- 23.12.2015, 23:28,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
AZAL-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.
30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.
Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.