"Fitch": "Unibank" devalvasiyadan sonra bütün normativ tələblərə cavab verir
- 25.12.2015, 12:21,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Son günlərdə Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı "Fitch" beynəlxalq reytinq agentliyi ölkə banklarının reytinqinə yenidən baxıb.
Bankdan APA-ya verilən xəbərə görə, beynəlxalq reytinq agentliyi "Unibank"ın reytinqini əvvəlki səviyyədə təsdiqləyib.
"Fitch" ekspertləri vurğulayır ki, bank devalvasiyadan sonra bütün normativ tələblərə cavab verir. Qeyd edək ki, beynəlxalq agentliyin dəyərləndirməsinə görə, bankın bu il üçün reytinqi B səviyyəsində müəyyənləşdirilmişdi.
Beynəlxalq reytinq agentliklərinin ekspertləri Azərbaycanın öndə gedən banklarından biri olan "Unibank"ın reytinqinin yenilənməsinin maliyyə göstəricilərinin gələcək sabit artımından asılı olacağını bildirirlər.