ETSN: Bakı avtovağzalının qarşısında çatların genişlənməsinin ekzogen-geoloji proseslə bağlılığı yoxdur

“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı-Sumqayıt yolunun əsas hissəsindəki çatların genişlənməsinin ekzogen-geoloji proseslə bağlılığı yoxdur. Ekzogen-geoloji prosesdə hər hansı aktivlik müşahidə olunmayıb”.



Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, ərazidə aparılan bərpa-gücləndirmə işləri ilə əlaqədar çatlarda genişlənmələrin olması qaçılmazdır: "Ərazidə ağır texnika işləyir, qazma işləri aparılır. Aparılan işlərin təsirindən ərazidəki çatlarda müəyyən genişlənmə ola bilər. Ancaq "çökmə-sürüşmə baş verib" demək düz deyil”.
Şərhlər
Sosial bölməsinin xəbərləri