Bu il xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı sərhəddə tutulub

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə bu il dövlət sərhədində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı və 1 əcnəbi tutulub.



Dövlət Sərhəd Xidmətinin Mərbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bu barədə bu gün Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.



Qeyd olunub ki, məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən olunub, xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb.



Qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirildiyi də diqqətə çatıdırlıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri