Göyçayda baş verən yol qəzasında 3 nəfər ölüb, 5 nəfər yaralanıb
- 26.12.2015, 23:26,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göyçayda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə 21.00 radələrində Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraməryəm kəndi ərazisində baş verib.
“Mercedes” markalı 10 UG 540 dövlət nömrə nişanlı və "VAZ 21015" markalı 90 XL 615 dövlət nömrə nişanlı minik avtomobillər toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarət alıb.
Məlumata görə, toy karvanında olan “Mercedes” əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn “VAZ 21015”-lə toqquşub.
Yaralılar Göyçay Mərəzi Xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.