Nura Suri: “Pulsuz tədbirlərə getməyəcəm”
- 27.12.2015, 19:00,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bundan sonra pulsuz tədbirlərə getməyəcəm.
Live.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müğənni Nura Suri “Facebook” hesabında bildirib.
O, bu qərarı Vergilər Nazirliyinə görə verib:
“Dostlar, heç kim bizdən inciməsin. Bundan sonra pulsuz tədbirlərə gedib oxuya bilməyəcəyik. Toy, ad günü, tədbir və s. fərqi yoxdur. Çünki vergiyə sübut edə bilməyəcəyik ki, dost tədbirinə pulsuz gəlmişik. Xeyriyyə konsertlərinə də qorxa-qorxa gedirik.
Qəribə zəmanədə yaşayırıq. İnsanlarda robotlaşma gedir. Bir sözlə, xahişlə iş həll etmək qeyri-mümkün olub. Bir-birimizin evinə artıq zəng etmədən getmirik. Utanırıq ki, masaya yemək, çay qoyulacaq. Birdən imkanı çatmaz. Bundan sonra toylara və ad günlərinə yalnız yaxın adamları dəvət edəcəyik. Dostlara belə hədiyyə almağa qıymayacağıq. Allah özü kömək olsun! Nə bilim vallah...Çox söz yazmaq istəyirəm, amma nə dəyişəcək ki?!”.
Qeyd edək ki, şou aləmində çalışan 3 minə yaxın şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. Onların 2942-nin bəyannamələrində uyğunsuzluq aşkarlanıb və artıq mindən artıq şou-biznes nümayəndəsinə ümumilikdə 749 min manat əlavə vergi hesablanıb.
Vergilər Nazirliyi vergidən yayınan müğənnilərə qarşı tədbirlərin sərtləşəcəyini bildirib.
Onların əmlakı siyahıya alınacaq, avtomobillərinə həbs qoyulacaq, ölkədən çıxmaları qadağan ediləcək. Borcu 2 min manatdan artıq olanlara isə cinayət işi açılacaq.